13 yaşında hamilə qalan qız zorlandığını etiraf etdi - VİDEO
Müxtəlif 15:08 / 16.05.2020

Bir müddət əvvəl Rusiyanın Krasnoyarsk diyarında 13 yaşlı məktəbli qız özündən üç yaş kiçik olan dostundan uşaq gözlədiyini bildirmişdi.

"Instagram” səhifəsində hamilə olduğunu nümayiş etdirən azyaşlı anası və sinif yoldaşları tərəfindən bu faktın yaxşı qarşılandığını bildirmişdi.

Lakin 13 yaşlı Daşa ötən gün özünə məxsus "Instagram” səhifəsində cinsi zorakılığın qurbanı olduğunu yazıb:

"Təcavüz olub... Hadisənin necə olduğunudeyə bilmərəm, çünki bütün bunları xatırlamaq ağırdır”.

Daşa, həmçinin, qeyd edib ki, ona təcavüz edən şəxsin 16 yaşı var və hələ də ondan çox qorxur.

Xatırladaq ki, Krasnoyarsk diyarından olan 13 yaşlı məktəblinin hamiləliyi barədə yanvarın ortalarında məlumat yayılmışdı.

Məktəbli qız uşağı saxlamaq qərarına gəlmişdi.


Bu yazı: 879 oxunub



Xəbər Lenti
05 avqust 2020
04 avqust 2020