Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər
Dünya 09:57 / 28.07.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

"Haber Global” xəbər verir ki, telefon danışığı zamanı ölkə başçıları Türkiyə - Rusiya əlaqələrini möhkəmləndirəcək addımları dəyərləndiriblər.

Həmçinin Azərbaycan – Ermənistan sərhədində baş verən hadisələr, eyni zamanda Suriya və Liviya başda olmaqla, bölgədəki hadisələr müzakirə edilib.

R.T. Ərdoğan və V. Putin iki dövlət arasındakı əlaqələr və bölgədəki hadisələr haqqında iş birliyi və dialoqun davam etdirilməsi məsələsində həmfikir olublar.


Bu yazı: 180 oxunub



Xəbər Lenti
05 avqust 2020
04 avqust 2020