Yorğunluqdan şikayətlənən doqquz yaşlı məktəbli yuxuda ikən koronavirusdan öldü - VİDEO
HADİSƏ 12:23 / 30.07.2020

Yorğunluqdan şikayətlənən doqquz yaşlı məktəbli Kimora Linum yuxuda ikən koronavirusdan ölüb.

"The Mirror”un məlumatına görə, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Ailənin sözlərinə görə, uşaq bir neçə gün imiş ki, nasazlıq hiss edirmiş. Onun temperaturu 37,7 dərəcəyə yüksəlib. Lakin həkimlər uşaqda adi soyuqdəymə olduğun deyərək evə yollayıblar.

Simtomlara baxmayaraq, uşağa koronavirus testi edilməyib.

Bir neçə gün sonra özünü yaxşı hiss edən Kimora dostları ilə oynamağa gedib. Qayıtdıqdan sonra bərk yorulduğunu deyərək, yatıb.

Bir müddətdən sonra isə ana qızının öldüyünü görüb.

Valideynlərinin sözlərinə görə, uşağın səhhətində başqa problemlər olmayıb.


Bu yazı: 111 oxunub



Xəbər Lenti
05 avqust 2020
04 avqust 2020