Polislər tərəfindən döyüldüyünü iddia edən pedofilin həbsxanada ölüm anı - VİDEO
HADİSƏ 14:42 / 30.07.2020

Həbsxana kamerasında ölmüş halda tapılan pedofil Yuri İvşinin həyatının son anlarının kadrları yayılıb.

Görüntüləri "LıfeShot” "Telegram” kanalı yayımlayıb.

Videoda onun çarpayının ikinci mərtəbəsindən yıxıldığı görünür.

Xatırladaq ki, Rusiyanın Boroviçi şəhərində həbsxanada olan kişi kamerasında yerə uzanmış halda tapılıb. O, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Lakin məhkumun həyatını xilas etmək mümkün olmayıb.

54 yaşlı İvşin ötən ilin yazında saxlanılıb. O, bir neçə uşağı zorlamaqda ittiham olunub. Pedofil saxlanılarkən polislər tərəfindən döyüldüyünü dedikdən sonraəməliyyatda iştirak edən üç asayiş keşikçisi də tutulub.

Bundan sonra Boroviçi şəhər sakinləri saxlanılan polis əməkdaşlarını dəstəkləmək üçün küçələrə axışıblar.

İstintaqdan sonra polislər azadlığa buraxılıblar.


Bu yazı: 124 oxunub



Xəbər Lenti
05 avqust 2020
04 avqust 2020