Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
Maraqlı 11:07 / 18.09.2020

Gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi Samirə Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

"Avroviziya-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.



Bu yazı: 986 oxunub



Xəbər Lenti
26 oktyabr 2020
23 oktyabr 2020