Merkel: “Almaniya iqtisadiyyatı karantin rejiminin yenidən tətbiqinə tab gətirməyəcək”
Dünya 10:59 / 16.10.2020

"Almaniya koronavirusun birinci dalğası zamanı olduğu kimi, iqtisadi baxımdan karantin rejiminin yenidən tətbiqinə imkan verə bilməz, pandemiyaya nəzarəti ələ keçirmək üçün təcili tədbirlər görülməlidir”.

TASS xəbər verir ki, bunu çərşənbə günü federal əyalətlərin baş nazirləri ilə görüşdən sonra Berlində təşkil edilən mətbuat konfransındaAlmaniyanın kansleri Angela Merkel bəyan edib.

"Təkcə bu il 250 milyard avrodan artıq borcu olan yeni hökumət büdcəsini qəbul etdik. Buna görə iqtisadi sahə də daxil olmaqla, yaz fəslində yaşadığımız virusun indi ikinci dalğasını bu cür nəticələrlə qarşılaya bilmərik”, - Merkel deyib. Onun sözlərinə görə, söhbət yalnız səhiyyə sistemindən getmir.

Kansler ölkənin pandemiya ilə mübarizədə kritik mərhələdə olduğunuvə önümüzdəki həftələrdə insanların necə davranacağından asılı olaraq vəziyyətin dəyişə biləcəyini vurğulayıb. Merkel virusa yeni yoluxma hallarının sayındakı artımdan narahat olduğunu söyləyib.

Almaniya Federativ Respublikası hökumətinin başçısı iclasın nəticələrinin tamamilə qənaətbəxş olmadığını etiraf edib.


Bu yazı: 438 oxunub



Xəbər Lenti
26 oktyabr 2020
23 oktyabr 2020