TƏBİB: “Xəstələrin artması ikinci cəbhənin açılması deməkdir”
SOSİAL 11:23 / 16.10.2020

Düşmənin atəşinə məruz qalan bölgə və şəhərlərdə xəstəxanalar fəaliyyət göstərir. Bütün xəstəxanalarda ezam olunan və könüllü şəkildə xidmət üçün gedən həkim və tibb işçiləri var. Onlar canla-başla əsgərlərimizin xidmətində dururlar.

Miqyas.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, belə vəziyyətdə koronavirus xəstələrinin sayı artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir.

"Ölkəmizdə yetəri qədər suni tənəffüs cihazları, dərmanlar var. Burada insan ehtiyatından söhbət gedir. Hər bir tibb işçisi qələbələrimizə dəstək olmaq və cəbhə bölgəsində işləmək istəyir. Biz heç bir halda COVID xəstələrini də diqqətdən kənarda saxlaya bilmərik. Bütün xəstələr lazımi dəstəyi alacaq. Koronavirusla mübarizə qələbəyə, orduya dəstəkdir. Kütləvi tədbirlərdən uzaq durmalıyıq, maskadan istifadə etməliyik”.


Bu yazı: 449 oxunub



Xəbər Lenti
26 oktyabr 2020
23 oktyabr 2020