Deputatlar Prezident İlham Əliyevin “Xilaskar” ordeni ilə təltif olunmasını təklif ediblər
Sİyasət 13:55 / 20.11.2020
Təklif edirəm ki, cənab Prezidentə "Xilaskar” ordeni verilsin.

Trend-in məlumatına görə, bunu parlamentin plenar iclasında çıxış edən deputat Fəzail Ağamalı bildirib.

O Azərbaycanın qələbəsinin təmin olunmasında mütəsna rolu olan Prezident, Ali Baş Komandan İlham Əliyevin təltif olunmasını təklif edib:

"Məncə, bu, ədalətli olardı ki, xüsusi olaraq bir nüsxədə "Xilaskar" ordeni təsis edilsin və cənab Prezident bu ordenlə təltif olunsun”.

Deputat Məlahət İbrahimqızı da həmkarının təklifini dəstəkləyib.
Bu yazı: 382 oxunub



Xəbər Lenti
24 noyabr 2020