“Mübariz postu”na Azərbaycan Bayrağı sancan zabitimiz ata oldu - VİDEO
SOSİAL 16:18 / 20.11.2020

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu posta Azərbaycan Bayrağı sancan hərbi qulluqçumuz Rauf Musayev ata olub.

Bu barədə "Report”a R.Musayevin yaxınları məlumat verib.

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru R.Musayevin noyabrın 19-da oğlu dünyaya gəlib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin oktyabrın 4-də yaydığı məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Azərbaycan Bayrağını posta Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rauf Musayev sancıb.


Bu yazı: 325 oxunub



Xəbər Lenti
24 noyabr 2020