Ağdamın işğaldan azad olunması möhtəşəm bir qələbədir - Əməkdar artist
Mədənİyyət 17:29 / 20.11.2020

Ağdamın işğaldan azad olunması möhtəşəm bir qələbədir. Bu gün bütün xalqımızın, millətimzin bayramıdır.

Bunu Trend-ə əməkdar artist, Ağdamdan olan xanəndə Təyyar Bayramov deyb.

O bildirib: "Bu gün ağdamlılar üçün ikiqat bayramdır. Təkcə Ağdam yox, işğaldan azad olunan bütün ərazilərimiz, kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz xalqımız üçün əzizdir. Bu bayramı bizə yaşadan qüdrətli Ali Baş Komandanımıza, qüdrətli ordumuza minnətdarıq, şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Doğulub boya-başa çatdığım rayon mənfur düşməndən azad olundu, bu, tarixi bir qələbədir. Xalq olaraq, millət olaraq alnıaçıq şəkildə bütün dünya ölkələri içərisində deyə biləcəyik ki, qüdrətli bir dövlətik. Mən Ağdamdan çıxanda 16 yaşım olub, ermənilərin bütün vəhşiliklərinin canlı şahidi olmuşam. Çətin günlər görmüşük, müharibədə atamı itirmişəm. Mənfur düşmən bu gün bütün işğal olunmuş ərazilərimizdə olduğu kimi, Ağdamda da daşı daş üstündə qoymayıb. Bu torpaqların hər qarışı bizim üçün müqəddəsdir. 27 il idi ki, qəlbimizdə Ağdam nisgili var idi və son illər Vətən həsrəti dözülməz bir hissə çevrilmişdi.

Bu gün bu möhtəşəm sevinci millətimiz yaşadı. Elə bir senic yoxdur ki, mənim üçün bundan üstün olsun. Bu gün qanı bahasına o torpaqları işğaldan azad edən şəhidlərimizin, Vətən həsrəti ilə ölənlərimizin, dünyasını dəyişmiş insanlarımızın, Üzeyirimizin, Bülbülümüzün, Xan əminin ruhu şaddır. Bu gün xalqımızın, millətimizin bayramıdır”.


Bu yazı: 235 oxunub



Xəbər Lenti
24 noyabr 2020