Cennifer Lopez və Ledi Qaqa Baydenin andiçmə mərasimində çıxış edəcəklər
Maraqlı 10:34 / 15.01.2021

Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər.

Bu barədə ABC telekanalı məlumat yayıb.

"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər”, - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.


Bu yazı: 751 oxunub



Xəbər Lenti
28 fevral 2021
26 fevral 2021