Rusiyanın Barnaul şəhərinin "Meşə nağılı” zooparkında "mahnı oxuyan” Şirxan adlı pələng balası izləyicilərin marağına səbəb olub.
Lenta.ru portalının məlumtına görə, istedadlı pələngin video görüntüləri heyvanxananın "VKontakte” sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.
İzləyicilərin bir çoxu isə pələngin ağladığını yazıb və bunun səbəbini soruşublar.