Fevralın 22-də Yerin yaxınlığından futbol stadionu ölçüsündə asteroidin keçməsi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) bildirib.
Qeyd olunub ki, diametri 213 metrə yaxın olan 2020 XU6 asteroidi Yerə 4 milyon kilometrədək məsafəyə yaxınlaşacaq. Bu, planet üçün potensial təhlükəli məsafə sayılır.
Ötən gün isə 2021 DD1 (10 metr) və 2021 DK1 (61 metr) asteroidləri planetin yaxınlığından keçmişdi.