Almaniya parlamentində Rusiya casusu tapıldı
Dünya 09:07 / 26.02.2021

Almaniya Federativ Respublikasının Baş Prokurorluğu ölkə vətəndaşını Rusiyaya casusluq etməkdə günahlandırıb.

"Vestnik Kavkaza” xəbər verir ki, Yens F. adlı şəxs "casus təşkilatı fəaliyyəti” ilə ittiham olunur.

Təqsirləndirilən Yens F. Bundestaqda işləyir, orada elektrik cihazlarını yoxlayır. O, Almaniya parlamentinin binası üçün planlar olan sənədləri əldə edib.

"Təqsirləndirilən şəxs 2017-ci ilin iyul ayının sonu - sentyabr ayının əvvəlləri öz təşəbbüsü ilə Bundestaqın daşınmaz əmlakı barədə məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürməyə qərar verib”, - deyə Almaniya baş prokurorluğunun açıqlamasında qeyd olunur.


Bu yazı: 966 oxunub



Xəbər Lenti
15 aprel 2021
14 aprel 2021
13 aprel 2021