Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq olub? - STATİSTİKA
Maraqlı 10:37 / 01.03.2021

2021-ci ilin fevral ayı ərzində Azərbaycanda ən çox giriş edilən sosial media platformaları açıqlanıb.

Oxu.Az-ın "Global Stats”dan əldə etdiyi məlumata əsasən, ölkəmizdəfevral ayında "Instagram” istifadəçiləri aktivlik təşkil edib.

Müvafiq dövrdə "Instagram” istifadəçilərinin sayı 22,78 faiztəşkil edib. "Instagram” bazar payına görə yanvarayındaüçüncü sosial media platforması ikən, fevral ayında birinci yerdə qərar tutub.

Ötən ay bazar payı ən yüksək olan ikinci sosial media platforma isə 22,22 faiz göstərici ilə "Twitter” olub. Halbuki, yanvar ayında o,ən çox müraciət edilən birinci sosial media platforması idi.

Fevral ayında ən çox bazar payına malik üçüncü platforma 20,23 faizlik istifadəçi sayı ilə "YouTube” olub. Yanvar ayında o, bazar payına görədördüncü ən çox giriş edilən media platforması idi.

Ölkədə "Facebook” istifadəçilərinin sayı isə fevral ayında bir qədər də azalaraq 18,57 faiz olub. Yanvar ayında istifadəçi aktivliyinə görə ikinci yerdə olan "Facebook” fevral ayında dördüncü yerdə qərar tutub.

"Pinterest” istifadəçilərinin sayıisə ölkəmizdə kəskin azalıb. Fevral ayında onun istifadəçi aktivliyi 14,69 faizitəşkil edib.


Bu yazı: 1324 oxunub



Xəbər Lenti
15 aprel 2021
14 aprel 2021
13 aprel 2021