Vətən müharibəsində şəhid olan hərbçimiz dəfn edildi - FOTO
Qarabağ 12:14 / 06.04.2021

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu Təbriz Cəfərov dəfn edilib.

Şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu T.Cəfərov 44 günlük müharibə zamanı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

09:36

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Tərtər rayon Çardaqlı kənd sakini 1995-ci il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) Cəfərov Təbriz İlqar oğlunun şəhid xəbəri gəlib.

Qeyd edilib ki, hərbçimiz bu gün torpağa tapşırılacaq.(report)


Bu yazı: 685 oxunub



Xəbər Lenti
15 aprel 2021
14 aprel 2021
13 aprel 2021