Azərbaycanda DƏHŞƏT: Qadın üç aylıq körpəsini küçəyə atmaq istədi - FOTO
HADİSƏ 10:47 / 14.04.2021

Bakıda üç aylıq körpəni küçəyə atmaq istəyiblər.

Oxu.Az-ın məlumatına görə, qadın qeyri-rəsmi nikahdan dünyaya gətirdiyi üç aylıq oğlan uşağını küçəyə atmaq istəyib. Bu zaman ətrafdakı insanlardan biri ona mane olub.

Qadını taksiyə mindirərək üç aylıq körpə ilə bərabər "Təmiz Dünya” İctimai Birliyinin sığınacağına göndərib.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumatıOxu.Az-a təsdiq edib və bildirib ki, qadınla nə qədər danışıqlar aparılsa da, fikrini dəyişməyib:

"Həmin qadını dünən sığınacağa gətirdilər. Körpənin əynində normal paltar da yox idi. Qadın israrla uşaqdan imtina etdiyini dedi. Biz polis əməkdaşlarının iştirakı ilə qadınla profilaktik söhbət apardıq. Qadın heç uşağın atasının adını da bilmirdi. Aparılan söhbət zamanı uşağın atası da uşağı istəmədiyini deyir. Qeyri-rəsmi nikahdan olan uşaqdır.

Birmənalı olaraq uşağı sığınacaqda qoyub çıxıb getdilər. Balaca yarımçılpaq vəziyyətdə idi və normal qidalanmamışdı. Hadisə barədəpolisin iştirakı ilə aidiyyəti qurumlara məlumat verdik. Hazırda üçaylıq oğlan uşağı ilə bağlıbütün dövlət qurumları tərəfindən zəruri tədbir görüləcək. Balaca uşaq evlərindən birinə yerləşdiriləcək”.


Bu yazı: 1093 oxunub



Xəbər Lenti
12 may 2021
04 may 2021
03 may 2021