“Paşinyan bizə cavab verməlidir” - İtkin hərbçi ailələrinin etirazı böyüyür
Gündəm 12:49 / 14.04.2021
Müharibədə itkin düşən erməni hərbçilərin qohumları Şirak regional idarəsinin inzibati binasını mühasirədə saxlamağa davam edirlər. Belə ki, etirazçılar ötən gecəni inzibati binada keçiriblər.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, etirazçılar geri addım atmayacaqlarını bəyan ediblər. Onların əsas tələbi baş nazir Nikol Paşinyanla görüşmək və Qarabağ müharibəsində itkin düşən hərbçilərin meyitinin tapılmasıdır.

Ötən gecə nümayişçilər inzibati binada olan qadınların evlərinə getməyinə icazə veriblər. Binada yalnız kişilər qalıb.

"Başqa bir şey istəmirik. Yalnız bir tələbimiz var - övladlarımızın geri dönməsi və Paşinyanın gəlib bizə cavab verməsi. O, gələnə qədər inzibati binanı mühasirədə saxlayacağıq”- itkin düşən erməni hərbçilərinin qohumlarından biri deyib.

aia.az

Bu yazı: 1046 oxunub



Xəbər Lenti
13 may 2021
04 may 2021
03 may 2021