Müğənni koronaya yoluxduğuna görə TV-yə qarğış etdi
Maraqlı 11:36 / 23.04.2021

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.

Miqyas.az Azxəbər.com-a istinadən xəbər verir ki, müğənni vəziyyətinin hələlik yaxşı olmadığını deyib:

"Bu koronavirus Allahın bəlasıdır, hamının qarşısına çıxır. Hazırda ev şəratində müalicə oluram, həkim nəzarəti altındayam, inşallah, yaxşı olar".

Müğənni maskasız canlı efirdə qonaq olduğu zaman koronavirusa yoluxduğunu bildirib:

"Məni telekanalların verilişlərinə dəvət etdilər, canlı yayım idi. Bayırdan maskayla gəldik telekanala, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Maskamı çıxartdırdılar ki, bu dəqiqə canlı yayım başlayacaq. Mən də məcbur çıxartdım. Canlı oxutdurmaq istədilər, mənim mikrafonum başqa müğənninin mikrofununa, başqa müğənnilərin mikrofonu mənimkinə qarışdı. Beləcə aləmi qatdılar bir-birinə. Allah cəzalarını versin".

Qeyd edək ki, əməkdar artist B.Əşrəfov 10 gündən artıqdır koronavirusa yoluxub.


Bu yazı: 965 oxunub



Xəbər Lenti
13 may 2021
04 may 2021
03 may 2021