Mayın 8-də bütün ölkə üzrə pensiya ödənişi başa çatacaq
SOSİAL 10:00 / 03.05.2021

Mayın 8-də bütün pensiyaların ödənişi həyata keçiriləcək.

Miqyas.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildiriblər.

Sözügedən tarixdən güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.

Qeyd edək ki, 2021-ci il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda 1228,8 min (2020-ci il yanvarın 1-i vəziyyətinə 1270,6 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir.


Bu yazı: 691 oxunub



Xəbər Lenti
13 may 2021
04 may 2021
03 may 2021