Könül Nurullayevanın təşəbbüşü ilə şəhid bulağı kompleksi istifadəyə verilib - FOTOLAR
Məmləkət 16:59 / 03.05.2021
Millət vəkili Könül Nurullayevanın təşəbbüsü və təşkilatçılığı ilə inşa edilən "Qızıl Əsgər” şəhid bulağı kompleksi Nizami rayonu sakinlərinin istifadəsinə verilib. K.Nurullayevanın rəsmi sosial şəbəkələrindən əldə etdiyimiz məlumata əsasən, millət vəkilinin Novruz bayramı öncəsi keçirdiyi səyyar görüş zamanı bir qrup bina sakini Bakı şəhəri Nizami rayonu şəhidi Məmmədov Zəbiyullanın xatirəsinə ithaf olunmuş şəhid bulağının yaradılması üçün deputata müraciətlər edib.

Şəhidimizin uca xatirəsini əziz tutan K. Nurullayeva sakinlərin müraciətlərini dərhal nəzərə alıb, qısa zamanda yeni bulaq kompleksinin yaradılması qərarını verib. İşlərin sürətlə və keyfiyyətli həyata keçirilməsinə nəzarət etmək məqsədilə ötən müddət ərzində şəhid bulağı kompleksinin yaradılacağı ünvana mütəmadi səfərlər edib, tikinti işləri ilə davamlı maraqlanıb.

Gənc şəhid Məmmədov Zəbiyullanın xatirəsinə ithaf olunmuş "Qızıl Əsgər” şəhid bulağı kompleksi artıq bina sakinlərinin istifadəsinə verilmişdir. Millət vəkili K. Nurullayeva şəhid Zəbiyullanı bina sakinləri, əzizləri və doğmaları ilə birgə bulaq başında yad edib, onun simasında Allahdan bütün şəhidlərimizə rəhmət diləyib, doğma ailəsi və komandiri ilə görüşüb, şəhidin qəhrəmanlıq hekayəsini onların dilindən dinləyib.

Deputat həmçinin bildirib: "Belə bir bulağın ərsəyə gəlməsində təşəbbüşkar olmaq mənim üçün sonsuz qürur mənbəyidir, vətənim və şəhidlərimiz qarşısında bir vətəndaş kimi kiçik də olsa mənəvi borcumu yerinə yetirmək istəyimdir. Əlbəttə, şəhid vətən oğulları və qazilərimiz üçün nə etsək, azdır, biz heç bir zaman torpaqlarımızı düşmən tapdağından azad edən igidlərimizin borcunu ödəyə bilmərik.”
Bu yazı: 803 oxunub



Xəbər Lenti
13 may 2021
04 may 2021
03 may 2021