Azərbaycanda boşanmış ər-arvad “Facebook”da saxta profillərlə yenidən tanış oldu
Məmləkət 11:43 / 04.05.2021

"Facebook” sosial şəbəkəsindəki "Huquqşünaslar” qrupunda maraqlı hadisə qeydə alınıb.

Bu barədə tanınmış vəkil Aqil Layic "Facebook” məlumat paylaşıb.

O qeyd edib ki, boşanmış ər və arvad "Huquqşünaslar” qrupunda saxta profillərlə vəkillərdən məsləhət alıb, bu əsnada tanış olub, bir-birinə nömrə verib və nəticədə yenidən dava ediblər:

"Ər-arvad boşanmışdı. Hər ikisi də saxta profillə qrupda gecə-gündüz hüquqi suallar yazıbməsləhət alırdılar. Amma bir-birini tanımırdılar. Yenidən saxta profillə bir-biri ilə tanış olurlar vəhər ikisi adını yanlışdeyir. Xanım keçmiş ərinin narkoman olduğunu, oğlan isə keçmiş arvadının əxlaqsız olduğunu qeyd edir. Münasibətlər irəliləyir və istiləşir. Hər ikisi mələk kimi davranır. Nəticədə bir-birinə nömrə verdikdə bəlli olur ki, bunlar elə söydükləri keçmiş ər-arvad özləri imiş. Söhbət böyüyür və bir-birinin nəsli haqqında yenidən tanışlıq ərəfəsində işlətdikəri pis sözlərə görə real həyatda dava düşür”.

"Hər ikisi mənə şikayət edib, digərinin qrupdan çıxarılmasını xahiş etmişdi.Hər iki tərəfiddia edirdi ki, qarşı tərəfqrupa layiq deyil”, - deyə vəkil bildirib.


Bu yazı: 639 oxunub



Xəbər Lenti
13 may 2021
04 may 2021
03 may 2021